Salyanda silah tapılıb

Salyan rayonunda silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kürkənd kəndi ərazisində, Kür çayının sahilindən 2 ədəd "İJ" markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

17.11.2023 10:26
544