Salyanda qəza zamanı sürücü ölüb

Salyanda baş verən qəzada sürücü ölüb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonuun Xalac kəndi ərazisində qeydə alınıb. Qırxçıraq kənd sakini, 1997-ci il təvəllüdlü Baxışov Məhəmməd Adil oğlunun idarə etdiyi “Ford” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

17.07.2022 02:34
647