Salyanda qadın özünü yandırıb

Salyanda qadın özünü yandırıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Əsədova Mədinə Hənifə qızı özünü ocağa ataraq yandırıb.

Ağır vəziyyətdə olan 60 yaşlı qadın paytaxt xəstəxanadına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

11.07.2022 02:04
564