Salyanda ev yandı: Bir nəfər  yanaraq öldü

Salyanda yaşayış evində bir nəfər yanaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kürsəngi kəndində qeydə alınıb. Yanan fərdi yaşayış evində həmin evdə yaşayan şəxsin yanmış meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

29.02.2024 08:00
478