Salyanda dəhşətli QƏZA - 9 yaralı var

Salyanda baş verən yol qəzasında 9 nəfər xəsarət alıb.

Musavat.com Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

15.10.2022 22:30
898