Salyanda betonqarışdıran maşın 82 yaşlı qadını vuraraq öldürüb

Salyanda betonqarışdıran yük maşını 82 yaşlı qadını vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 1941-ci il təvəllüdlü Süleymanova Rəxşəndə Firudin qızı yolu keçən zaman betonqarışdıran yük maşını onu vurub.

Qadın aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

10.09.2023 13:47
385