Rusiyanın bir nömrəli "qanuni oğru"su sayılan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov ictimai şəkildə gürcüəsilli kriminal avtoritet Badri Koquaşviliyə ("Badri Kutaisi") etimadsızlığını bildirib.
Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu addım faktiki olaraq "Badri Kutaisi"nin Moskvada əsas qanuni oğru olmaq statusundan kənarlaşdırılması deməkdir.
Qeyd olunur ki, iki kriminal avtoritet arasında qarşıdurma 2023-cü ilin yayında, "Şakro Molodoy"un həbsxanada cəza çəkdiyi zaman başlayıb. İddialara görə, "Badri Kutaisi" "Şakro Molodoy"un vaxtından əvvəl azadlığa buraxılmasına qəsdən mane olmağa çalışıb və bu, onların arasında münasibətləri soyudub.