Sakit okeanda güclü zəlzələ olub

Sakit okeanda 6,7 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlərindən məlum olub.

Xidmətin verilənlərinə əsasən, zəlzələnin ocağı Yeni Zelandiyadan təqribən 1 500 km, , Avstraliyaya məxsus Makkuori adasından isə 460 km aralıda yerləşib. Yerli vaxtla 16:16-da qeydə alınmış yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.

Zəlzələnin baş verdiyi akvatoriyada ən yaxın quru ərazi Makkuoridir; orada yerli əhali mövcud deyil. Adada mövsümdən asılı olaraq 25-40 arası elm adamı fəaliyyət göstərir. Ada pinqvinləri ilə tanınır.

04.03.2024 02:31
524