Şakiranın doğulduğu Kolumbiyanın Barrankilya şəhərində müğənninin şərəfinə heykəl ucaldılıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, heykəlin müəllifi Yino Markesdi.
"Valideynlərimlə və xüsusən də anamın ad günündə bunu bölüşməkdən xoşbəxtəm", - deyə Şakira sosial şəbəkədəki səhifəsində yazıb.
Müğənni valideynləri Uilyam Çadid və Nidia Ripol Torradonun heykəlin önündə çəkdirdiyi fotonu da internetə yerləşdirib.
Məlumata görə, heykəl bürüncdən hazırlanıb və hündürlüyü 6,4 metrdir. Bürüncdən hazırlanmış heykəldə müğənninin 2005-ci ildə "Hips Don't Lie" mahnısına çəkdirdiyi klipdəki hərəkətləri təsvir olunub.
Musavat.com