Məşhur cütlük – “Barselona”nın müdafiəçisi Jerar Pike və müğənni Şakira ayrılıb.
Azpost.info xəbər verir ki, bu barədə “El Periodico” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 45 yaşlı müğənni 35 yaşlı futbolçunun çoxsaylı xəyanətlərini öyrənib: “Pike tez-tez gecə klublarında başqa qadınlarla görüntülənir. Səhər saatlarında “Barselona”da məşq etmək əvəzinə, gecə saat 2-3-ə kimi şənliklərdə olur. Artıq bir neçə həftədir köhnə mənzilində tək yaşayır”.
Futbolçu və müğənni 2011-ci ildən münasibətdədir. Cütlüyün iki övladı var – doqquz yaşlı Milan və yeddi yaşlı Saşa.