Şair Balayar Sadiqin səhhəti ilə bağlı AÇIQLAMA

Bir neçə gün öncə huşsuz vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən Balayar Əliyev (Şair Balayar Sadiq) revmatoloji reanimasiyadan çıxarılaraq palataya köçürülüb.

Bunu APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib. O bildirib ki, Balayar Əliyevin vəziyyəti hazırda orta stabil olaraq qiymətləndirilir.

Xatırladaq ki, oktyabrın 22-də Balayar Əliyev huşsuz vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub.

26.10.2023 13:17
470