Şahzadə Harri ABŞ-dan deportasiya edilə bilər – Tramp sözünü tutsa

2025-ci ilin yanvar ayının 20-də baş tutacaq inauqurasiyadan sonra ABŞ-ın yeni prezidenti Donald Tramp şahzadə Harrini ölkədən çıxara bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazır.

Şahzadə Harrinin immiqrasiya sənədləri tezliklə ictimaiyyətə açıqlana bilər və o, deportasiya təhlükəsi ilə üzləşəcək. Çünki Tramp immiqrantlara qarşı sərt siyasət yeritməyi düşünür. Harrini isə indiyə qədər Co Baydenin administrasiyası müdafiə edirdi. “Heritage Foundation” beyin mərkəzi uzun müddət şahzadə Harrinin məlumatlarını dərc etmək niyyətində olub, lakin Baydenin qadağasından keçə bilməyib.

Şahzadə Harrinin viza statusu ilk dəfə 2023-cü ildə bir xatirə kitabında istirahət üçün müxtəlif dərmanlardan istifadə etdiyini bildirdikdən sonra sual altına düşüb. Giriş qaydalarına görə, bu məlumat onun immiqrasiya sənədlərində göstərilməli imiş. Lakin əcnəbilərin ölkəyə girişinə nəzarət edən qurum Harri haqqında məlumatı açıqlamaqdan imtina edib. Daha sonra “Heritage Foundation” ABŞ Daxili Təhlükəsizlik Departamentini məhkəməyə verib. Sentyabrda məhkəmə qeydlərin açıqlanması tələbini rədd edib. Hazırda bu qərardan mərkəzin vəkilləri tərəfindən apellyasiya şikayəti verilir.

“Əgər Tramp administrasiyası şahzadə Harrinin səs yazılarını yaysa, bu, Amerika xalqının maraqlarına uyğun olardı. Harri cavabdeh olmalıdır. Harrinin sənədlərinin açıqlanması qanunun aliliyi haqqında güclü mesaj verəcək, onun qarşısında hamı bərabərdir”, - “Heritage Foundation”ın mərkəz direktoru Neyl Qardiner bildirib. Qardiner deyib ki, Ağ Ev şahzadə Harrini qorumaq üçün əlindən gələni edib və bu müdafiə andiçmə mərasimindən sonra sona çatacaq.

Musavat.com

11.11.2024 14:00
266