Şahramanyanlar ailəsinin 4 üzvü dəfn edildi

Xankəndidəki yanacaq anbarında baş verən partlayış zamanı yanaraq ölən Şahramanyanlar ailəsinin 4 üzvünün dəfn mərasimi bu gün Ermənistanda keçirilib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata görə, partlayış zamanı ailənin atası Vardan Şahramanyan, onun iki oğlu Vadim və German, habelə kürəkəni Gevork Qabrielyan yanaraq ölüblər.

Bildirilir ki, ailədən sağ qalanlar bunlardır: Vardan Şahramanyanın 44 günlük müharibə zamanı yaralanan üçüncü oğlu və onun anası. Həmçinin Vardanın  bacısı Bertanın əri də partlayışda yanıb.

Meyitlər yandığı üçün DNT analizi nəticəsində ölənlərin Şahramanyan ailəsinin üzvləri olduğu müəyyən edilib. Bu səbəbdən dəfn mərasimi gec baş tutub.

Musavat.com

06.11.2023 18:39
1963