Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Ofisindən bildirilib.
Bildirilib ki, iclas Tavuş vilayətində, Ermənistan-Azərbaycan sərhədində keçirilir.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyasını müzakirə edir.
Əraziyə ezam olunan Musavat.com-un reportyor qrupu Şahin Mustafayevin erməni həmkarı ilə görüşə gedən zaman onu videoya almağı bacarıblar.
Həmin görüntüləri təqdim edirik:
@@TVmusavat/74100@@