Sahil Babayev şəhidlərin sosial təminatının icrasından DANIŞDI

Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında keyfiyyətlə icra olunacaq.

Musavat.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bu istiqamətdə sosial təminat və digər tədbirlər həyata keçiriləcək:

"Nazirliyin bütün müvafiq qurumları ailələrlə görüşlərə başlayıblar, müvafiq sənədlər toplanır. Qısa müddətə bütün sosial hüquqlar təmin ediləcək".

27.09.2023 13:45
514