Bir neçə gün öncə Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində qəssab olduğu deyilən kişi itə amansızlıqla balta ilə xəsarətlər yetirmişdi. Məlumata görə, yoldan avtomobillə keçən şəxs itin öldürülməsinin qarşısını ala bilib. İt ağır vəziyyətdə baytarlıq klinikasında yerləşdirilib, hazırda vəziyyətinin kafi olduğu deyilir.
Qeyd edək ki, zaman-zaman həm paytaxt Bakıda, həm də digər şəhər və rayonlarda küçə itlərinə qarşı zorakılıq, öldürmə faktları müşahidə olunur. Bununla yanaşı, sahibsiz küçə itləri tərəfindən insanlara, xüsusən də azyaşlı uşaqlara hücum halları da çoxalıb.
Bəs problemi necə tənzimləməli?
Mövzu ilə bağlı həkim, diyetoloq-terapevt, heyvan hüquqlarının müdafiəçisi Ləman Süleymanova TV Müsavat-a danışıb.
Həmin videomüsahibəni təqdim edirik:
Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com