Sahibsiz itlər yaşlı qadını dişlək-dişlək etdilər - VİDEO

Türkiyənin Bursa şəhərində 10-dan çox sahibsiz it yaşlı qadını mühasirəyə alaraq ona xəsarət yetiriblər.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, yıxılaraq itlərə müqavimət göstərməyə çalışan qadının köməyinə hadisənin şahidi olan şəxs çatıb.

Qadın xəstəxanaya yerləşdirilib. Aparılan müayinə zamanı məlum olub ki, itlər qadının ombasını, ayaqlarını, biləyini dişləyiblər.

22.01.2023 09:57
1074