Sahibə Qafarovadan Türkiyəyə başsağlığı 

Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda baş verən partlayışa görə Türkiyəyə başsağlığı verib.

Musavat.com xəbər verir ki, başsağlığıda deyilir:

“İstanbul şəhərində törədilmiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyirik”.

13.11.2022 21:04
443