Sahibə Qafarova Polşa Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Andjey Duda ilə görüşüb.

Musavat.com-un xəbərinə görə, bu barədə S.Qafarova tviterdə paylaşım edib.

"Cənab Andjey Duda ilə görüşməkdən böyük məmnunluq duyduq. Görüşdə bir daha ölkələrimizin hər zaman dost ölkələr olduğu, bu münasibətlərimizin ildən-ilə daha da inkişaf etdiyi qeyd olundu", - o, əlavə edib.

18.04.2023 17:29
402