“Şahdağ” Turizm Mərkəzinin və Dağçılıq İdman Klubunun birgə təşəbbüsü ilə növbəti “Şahdağ Qaçış Festivalı” təşkil edilib.
Turizm mərkəzinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, artıq ikinci ildir ki, keçirilən yarışın əsas məqsədi Azərbaycanda qaçış idman növlərini inkişaf etdirmək, sağlam həyat tərzini təbliğ etmək və insanlar arasında idmana marağı artırımaqdır.
“Şahdağ”da 2 gün davam edən yarışda 4 kateqoriya üzrə 500 -ə yaxın iştirakçı vertikal qaçış və cığır qaçışı üzrə birincilik uğrunda mübarizə aparıblar.
Sonda qaliblərə “Şahdağ” Turizm Mərkəzi və tədbirin təşkilində iştirak edən digər təşkilatlar tərəfindən müxtəlif hədiyyələr verilib və medallar təqdim edilib.
Festival zamanı tədbirə qatılan böyüklər və uşaqlar üçün əyləncəli kostyumlarda müxtəlif qaçış yarışları da təşkil edilib.
Yarış çərçivəsində iştirakçılar üçün musiqili əyləcəli proqrmalar nümayiş olunub.
Qeyd edək ki,ötən il keçirlən yarışa 200 iştirakçı qatılmışdısa bu ilki festivalda iştirakçıların sayı 500 nəfərə yaxın təşkil edib.
Musavat.com