Şadlıq sarayında yanğın baş verib

Gəncədə fəaliyyət göstərən şadlıq saraylarından birində yanğın baş verib.

Musavat.com APA-a istinadən xəbər verir ki, yanğın şadlıq sarayının mətbəxində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb, xəsarət alan olmayıb.

07.07.2022 20:14
468