Sadiq Yolçuyevə VƏZİFƏ verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən “AzİnTelecom” MMC-nin strukturunda dəyişiklik olub.

Musavat.com-un “APA-Economics”ə istinadən məlumatına görə, Sadiq Yolçuyev sədrin müşaviri təyin olunub. O, buna qədər “AzİnTelecom” MMC-nin İnformasiya Təhlükəsizliyi departamentinin direktoru olub.

Bundan başqa, qurumun İnformasiya Texnologiyaları departamentinin direktoru Əmir Vəlibəyov tutduğu vəzifədən azad olunub. Hazırda onun yerinə təyinat yoxdur.

19.06.2023 21:55
1778