Antiterror tədbirləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olanların ailələri evlə təmin ediləcəklər.
Bu, bir müddət əvvəl imzalanmış sərəncamlarda öz əksini tapıb.
Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və ötən il aparılmış hərbi əməliyyatlar zamanı ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin də mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.
Bu arada, indiyədək şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi də açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu qəbildən olan 105 min şəxsə sosial ödəniş təyin olunub.
Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olmaqla minlələrlə şəxsə psixoloji və reablitasiya xidmətlərinin göstərildiyi də açıqlanıb.
Qurumdan o da bildirilib ki, post-müharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edib və onlara dəstək yönümlü 331 min xidmət göstərilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: