Saçını boyamaq istəyirdi, bu hala düşdü - FOTO

Saçını boyamaq istəyən kişinin üzü və alnı şişib.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, qəribə olay İngiltərədə yaşanıb.

27 yaşlı Ryan Briggs anasının aldığı saç boyasından istifadə edərkən halı pisləşib. Onun üzü deformasiyaya uğrayaraq eybəcər hal alıb.

Dərhal xəstəxanaya çatdırılan oğlanın allergiya səbəbindən bu hala düşdüyü məlum olub.

"Başım elə şişib ki, özümü cizgi film qəhrəmanı "Megamind"a oxşadıram", - Ryan Briggs sosial şəbəkədə qeyd edib.

Qeyd edək ki, hazırda onun vəziyyəti normaldır.

07.08.2024 12:17
766