Sabunçuda evdə yanğın olub

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan ikimərtəbəli evin dam örtüyü 30 m² sahədə yanıb.

Musavat.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

03.12.2022 20:55
361