Sabunçu rayonunda bir-birinə bitişik tikilən evlərdə yanğın baş verib.
Musavat.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və ümumi sahəsi 60 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.