Sabunçuda 57 yaşlı kişini avtomobil vurub


Bakıda piyadanın xəsarət alması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Rəhimov Natiq Məmmədiyyə oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

02.05.2022 08:00
293