Sabunçu Tibb Mərkəzində İLK: üz-çənə əməliyyatlarının icrasına başlanılıb

Sabunçu Tibb Mərkəzində üz-çənə əməliyyatlarının icrasına başlanılıb.

Bu barədə Musavat.com-a Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

İlk dəfə olaraq 31 yaşlı pasiyent (kişi) üzərində üst çənənin kistaektomiya orantal fistulanın plastikası əməliyyatı icra edilib.

Üzdə şişkinlik, ağrı və assimetriya şikayətləri ilə Mərkəzə müraciət edən 1994-cü il təvəllüdlü şəxsdə üst çənənin maxsiliar sinusa sirayət edən geniş ölçülü odontogen kistası aşkar edilib və o, dərhal əməliyyata alınıb. Əməliyyat tibb üzrə fəlsəfə doktoru, üz-çənə cərrahı Vüqar Qurbanov tərəfindən uğurla icra olunub.

Pasiyentin vəziyyəti hazırda stabildir, müalicəsi davam etdirilir.

15.10.2024 14:35
178