Şabran rayonu ərazisində meşə massivində daha bir yanğın qeydə alınıb.
Musavat.com-a apa-ya istinadən xəbər verir ki, rayonun Kirvar kəndi istiqamətində meşə massivində yeni yanğın baş verib. Kənd yanğından mühafizə olunub. Meşə massivində davam edən yanğının söndürülməsi üçün zəruri işlər davam etdirilir.