Şabrandakı yanğınla bağlı son MƏLUMAT

“Rayon ərazisindəki yanğınlar nəticəsində 120 hektar ərazi yanıb”.

Musavat.com xəbər verir ki, bununla bağlı Oxu.Az-a Şabran Rayonu İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində heyvanların tələf olması ilə bağlı dəqiq məlumat yoxdur:

“Yanan ev görməmişik. Meşə ərazisinə ciddi ziyan dəyməyib. Yanğın lokallaşdırılıb. Lakin közlər qalır, külək onu yenidən alovlandırır. Dəyən zərərlə bağlı məlumat yoxdur”.

18.08.2022 11:10
476