Şabranda mikroavtobus aşdı- Ölən və xeyli sayda yaralanan var

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aygünlü kəndi ərazisində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

22.09.2022 20:33
735