Samur – Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.
Musavat.com “Report”a istinadən xəbər verir ki, kanalın dəmir barmaqlıqlarına ilişmiş meyiti suyun səviyyəsi yüksək olduğu üçün hələ ki sudan çıxartmaq mümkün olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Suda aşkarlanmış cəsədin kimliyi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.