Şabranda 32 yaşlı qadın evində ölü tapılıb

Şabranda 32 yaşlı qadın evində ölü tapılıb.

Musavat.com apa-ya istinadən xəbər verir ki, Əmirxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Mülkünaz Rzayeva yaşadığı evin həyətindəki üzüm çardağından asılı vəziyyətdə aşkarlanıb.

Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

31.05.2023 15:52
538