Sahibkarlığın İnkişafı Fondu tərəfindən Sabirabadda bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı üçün “Humix” MMC-yə 497 min güzəştli kredit ayrılıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk səhifəsində bildirib.
Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 2 195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit ayrılıb. Güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.