Sabirabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Sabirabad rayonu ərazisində qeydə alınıb. 2010-cu il təvəllüdlü Məmmədli Nihad Səbuhi oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.