Sabirabadda xəstəxanaya aparılan hamilə qadın yolda keçinib

Sabirabad rayonunda xəstəxanaya aparılan hamilə qadın yolda keçinib.

“Report”un Aran bürosuna verilən ilkin məlumata görə, rayonun Bala Həşimxanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məstalıyeva Qızqayıt Sərraf qızı xəstəxanaya aparılarkən epilepsiyadan (sudurğadan) yolda dünyasını dəyişib.

Qadının hamilə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

16.10.2024 09:32
377