Sabirabadda toy karvanında avtomobil qəzaya uğrayıb, bir ailənin üç üzvü xəsarət alıb.
Hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.
Avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 2013-cü il təvəllüdlü Nihad Xalid oğlu Qasımlı, 2010-cu il təvəllüdlü Kazım Xalid oğlu Qasımlı və uşaqların nənəsi -1954-cü il təvəllüdlü Cəmilə Musa qızı Qasımova müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.//APA