Sabirabad rayonunun Bala Həşimxanlı kəndində tibb məntəqəsi yanıb.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb. Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.