Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq həyatını itirib.

Musavat.com Report-a istinadən xəbər verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Bağırov Mehdi Maşallah oğlu evdə valideynlərinin nəzarətindən yayınaraq pilləkəndən yıxılıb.

İlkin məlumata görə, ağır kəllə-beyin travması alan uşaq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

20.07.2024 01:38
691