Sabirabadda bacı-qardaş zəhərlənib, bacı ölüb

Sabirabadda azyaşlı bacı-qardaş zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Şıxlar kəndində baş verib. Onlar bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə içib. Hadisədən sonra 2018-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı zəhərlənərək ölüb.

Onun qardaşı 2015-ci il təvəllüdlü Elmir isə Bakı şəhərinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

16.06.2022 23:35
713