Sabirabadda axtarışda olan 34 yaşlı kişinin meyiti tapılıb

Sabirabadda axtarışda olan 34 yaşlı kişinin meyiti tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, Saatlı rayonunun Cəfərxan kənd sakini, 1989-cu il təvəllüdlü Şükürov Sübhan Ümidvar oğlunun meyiti Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində aşkar edilib.

İlkin məlumata görə, S. Şükürov yanvarın 24-də evdən çıxıb bir daha qayıtmayıb. Onun tapılması istiqamətində axtarışlar aparılırmış.

Mərhumun ruhu xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

26.01.2023 22:39
706