Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cavad kəndində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil Həsənalı kənd sakini, 1949-cu il təvəllüdlü Mirzəyev Səftəri vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

15.03.2023 01:16
409