Sabirabadda AĞIR QƏZA - Ölən var 

Sabirabadda ötən gün yük və minik avtomobilin iştirakı ilə baş verən qəzada xəsarət alan şəxs xəstəxanada ölüb.

Rayonun Kovlar kəndi ərazisində “KİA Ceed” markalı avtomobili ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində xəsarət alan minik avtomobilin sürücüsü Səbuhi Süleymanlı xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq S.Süleymanlı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.//Report

 
10.09.2024 09:32
492