Sabirabadda 66 yaşlı qadın qardaşının evində intihar edib

Sabirabad rayonunda 66 yaşlı qadın qardaşının evində intihar edib.

"Report"un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 8-i saat 12 radələrində rayonun Yolçubəyli kəndi ərazidinə qeydə alınıb.

Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü M.Şıxəliyeva qardaşına məxsus fərdi yaşayış evinin həyətində yardımçı tikilinin damından özünü asıb.

İlkin araşdırma zamanı müəyyən edilibki, M.Şıxəliyeva uzun müddət psixoloji problemlərdən əziyyət çəkmiş.

10.10.2022 10:40
714