Sabirabadda 63 yaşlı qadın intihar edib

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Tamarova Səbirə Şurin qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

07.07.2022 20:34
436