Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Sabirabad rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə rayonun Polad Toğay kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Ramil Mübariz oğlu Məmmədovu iş zamanı ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

29.04.2024 20:31
564