Sabirabadda 1 ton çətənə bitkisi məhv edildi

Sabirabadda 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Rayonun Surra kəndi ərazisində yabanı halda bitən və ümumi çəkisi 1 ton 200 kiloqram olan 2200 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10.08.2023 17:12
413