Sabirabad rayon Axısxa kənd tam orta məktəbinin dağılan divarları "skoçla" təmir olunub. Məktəb binası artıq tamamilə dağılmaq üzrədir.
Musavat.com xəbər verir ki, valideynlər bildirir ki, divarlar artıq tamamilə aralandığı üçün bir gün şagirdlər dərsdə olanda onların betonların altında qalmasından qorxurlar.
Onların sözlərinə görə, məktəbdə həmçinin istilik sistemi olmadığı üçün valideynlər öz imkanları ilə odun peçi quraşdırıblar.
Qeyd edək ki, məsələ ilə bağlı Sabirabad rayon icra hakimiyyətinə müraciət edilsə də, dövlət qurumu müraciətə illərdir baxmaqdan boyun qaçırır.
Musavat.com