Sabir Rüstəmxanlı: “Orada sərhəd-buraxılış məntəqəsi və gömrük postu qurulsun”

“Şuşa-Xankəndi yolundakı aksiya davam etdirilməlidir”.

Musavat.com xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki çıxışında deyib.

O bildirib ki, bütün xalq bu aksiyaya dəstək verir və bu, xalqımızın iradəsinin nəticəsidir:

“30 ildir Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşüb, amma biz bunu humanitar fəlakət kimi dünyaya çatdıra bilmirik. Avropanın hansı ölkəsinin ərazisindən yol açmaq və oradan hərbi sursat daşımaq olar? Bunu hansı ölkə qəbul edər?”

Sabir Rüstəmxanlı aksiyada səsləndirilən tələbləri müdafiə edib: “Qarabağa gələn yolun üstündə sərhəd-buraxılış məntəqəsi və gömrük postu qurulsun. Ərazilərimizə nəzarət artırılmalıdır. Ermənilər 2020-ci il müqaviləsini qəbul etmirsə, deməli müharibənin başa çatmasını qəbul etmirlər”.

E.Paşasoy,
Musavat.com

16.12.2022 11:44
434