Sabir Rüstəmxanlı: “Biz bu yolla təhsilimizə yardım etmirik”

Deputat Sabir Rüstəmxanlı Milli Məclisin iclasında təhsildəki problemlərdən danışdı. Daha çox diqqəti universitetlərin asılı vəziyyətində olmasına, tələbələrin yerdəyişmələr zamanı süründürməçilik, bürokratik əngəllərlə üzləşməsinə yönəltdi.

Deputat bildirdi ki, xarici ölkələrdə universitetlər dövlət içərisində dövlətdir, müstəqil şəkildə qərarlarını verə bilirlər, onlar qəbul etdikləri tələbələriin taleyini özlər düşünür, xəstəliyi olanlarla bağlı bir illik müddət hüququnu tanıyır və sair: “Bizdə bunlar hamısı bir yerə yönəlib. Biz bu yolla təhsilimizə yardım etmirik, əksinə, onun problemlərini artırırıq”.

E.Paşasoy,

Musavat.com

 

27.12.2022 13:05
436